 Bakının AZAL klubu antirekorda imza atıb. Sonuncu
qələbəsini Topaz Premyer Liqasının 6-cı turunun “Qarabağ”la səfər oyununda
qazanan (1:0) paytaxt təmsilçisi həmin vaxtdan qalib gələ bilmir. Son turda “Qəbələ” ilə səfər
oyununda məğlub olan Vaqif Sadıqovun yetirmələri (0:1) 9 məğlubiyyətlə AZAL tarixinin ən uğursuz
seriyasına imza atıb.
2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən
komanda indiyədək ən pis halda ardıcıl 8 qarşılaşmada qələbəyə həsrət qalmışdı.
AZAL 2 dəfə belə seriya yaşayıb. Onlardan biri 2005/06 mövsümündə qeydə alınıb
və 2006-cı il martın 12-də “Göyəzən” üzərində 2:0 hesablı qələbə ilə başa
çatıb. Həmin mövsüm başlayıb və növbəti çempionatda başa çatan digər seriya isə
2006-cı il avqustun 21-də “Turan”ı bir cavabsız qolla məğlub etdikdə qırılıb.
|