 Topaz Premyer Liqasının 15-ci turunda “Simurq” doğma
meydanda “Qarabağ”la qarşılaşdı. Qolsuz heç-heçə ilə başa çatan oyun “Qarabağ”ı
turnir cədvəlində bir pillə geri saldı – 0:0.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Çox
maraqlı oyun izlədik. Həm bizim, həm də rəqib komandanın qol imkanları oldu. Lakin
tərəflərdən heç biri fərqlənə bilmədi”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Çox qol
imkanımız olsa da, heç birindən yararlana bilmədik. Komandadan, demək olar ki,
razı qaldım. Son dəqiqəyə kimi mübarizə apardıq. Texniki səhvlərimiz də oldu. Stadionun
yeni olması da oyunumuza təsir etdi”.
|