 Topaz Premyer Liqasının 15-ci turunda Lənkərana səfər edən
AZAL yerli “Xəzər Lənkəran”la oyunda 1-1 hesablı heç-heçəyə nail oldu.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “İkinci hissədə
azlıqda qalsaq da, komanda xarakterini göstərdi. Komanda olduğumuzu bir daha göstərdik.
Yolumuzu davam etdirəcəyik. 10-cu oyundur ki, qələbə qazana bilmirik. Ancaq
tezliklə qələbəmiz olacaq və ardı gələcək. Heç vaxt hakimliklə bağlı problemim
olmayıb, həmçinin bugünkü oyunda. Hakim də insandır, səhv edə bilər. İnanıram
ki, heç bir oyunda hakim qərəzi olmayıb”.
Giovanne Melkiorre, “Xəzər Lənkəran” klubunun məşqçisi: “Yaxşı
oyun oldu, ötürmələrdə, topa sahib olmada yaxşı idik. Amma çox zaman hücumları
məntiqi sonluqla bitirə bilmirdik. AZAL müdafiəyə meylli, qapalı futbol
oynayırdı. Oyunumuzu daha çox cinahlardan qurmalı idik. Bundan istifadə edə bilmədik.
Rəqib 1 xal üçün gəlmşdi, müdafiədə boşluq vermədi”.
|