 Topaz
Premyer Liqasında 15-ci turun rəmzi komandası məlumdur. InStat Football şirkətinin
Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən
yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı
– Giorgi Lomaya (İnter);
Müdafiəçilər
– Yure Travner (Bakı), İdan Vaytsman (Simurq), Manuel Skarlatake (Xəzər Lənkəran),
Maksim Medvedev (Qarabağ);
Yarımmüdafiəçilər
– Bruno Bertuççi (Neftçi), Mzee Patrik Osiako (Simurq), Nizami Hacıyev (Qəbələ),
Marinaldo Silva (Qarabağ);
Hücumçular
– Draqan Çeran (Simurq), Yannik Kamanan (Qəbələ).
Ötən
tur “Xəzər Lənkəran” topa sahib olmada, dəqiq ötürmələrdə, topa yiyələnməkdə və
rəqibi aldadıcı hərəkətlə keçməkdə bütün komandalardan üstün olub. 15-ci turda rəqib
qapısına ən çox zərbə endirən və hücumlar təşkil edən “Neftçi”dir. Paytaxt təmsilçinin
futbolçuları təkbətək mübarizələrdə də uğurlu olsalar da, digər komandalarla
müqayisədə ən çox top itkisinə yol veriblər.
Rəqib
qapısına ən çox zərbə endirən Rauf Əliyev (Bakı), komanda yoldaşlarına ən çox dəqiq
ötürmə verən isə Alvaro Silvadır (Xəzər Lənkəran). Hava mübarizələrində Yannik
Kamanan (Qəbələ) hamıdan yaxşı olub. “Sumqayıt”lı Mirzağa Hüseynpur isə oyun ərzində
ən çox top itikisinə yol verən futbolçudur.
Turun
ən yaxşı futbolçusu “Neftçi”nin braziliyalı oyunçusu Bruno Bertuççidir. TPL, 15-ci turun statistikası
|