 Topaz Premyer Liqasının 16-cı turunun sabah
keçiriləcək oyunu AZAL üçün əlamətdar olacaq. Belə ki, 2004-cü ildə yaradılan
klub 8 illik tarixində 300-cü yubiley matçına çıxacaq. “Rəvan”la paytaxt
derbisinə qədər 299 oyuna çıxan “təyyarəçilər” bu qarşılaşmaların 245-ni
Premyer liqa çərçivəsində keçirib. Bunda başqa, bakılılar I dəstədə 14,
Azərbaycan kubokunda 36, avrokuboklarda 4 matçda qüvvəsini sınayıb.
|
Yarış
|
Oyun sayı
|
Qələbə
|
Heç-heçə
|
Məğlubiyyət
|
T-F
|
Xal
|
|
Premyer Liqa
|
245
|
101
|
74
|
70
|
287-219
|
377
|
|
Kubok
|
36
|
14
|
9
|
13
|
42-34
|
51
|
|
I dəstə
|
14
|
10
|
3
|
1
|
25-9
|
33
|
|
Avrokubok
|
4
|
0
|
2
|
2
|
3-5
|
2
|
|
Cəmi
|
299
|
125
|
88
|
86
|
357-267
|
463
|
İlk görüş və 2 yubiley oyununu nəzərə alsaq komanda indiyədək
3 əlamətdar qarşılaşmaya çıxıb. Bu matçlarda AZAL qapısından qol buraxmayıb.
Vaxtilə AMMK, “Olimpik” və “Olimpik-Şüvəlan” adlarını da daşıyan paytaxt təmsilçisi
ilk iki əlamətdar qarşılaşmasını həmşəhərlilərinə qarşı keçirib. Həmin görüşlər
qolsuz heç-heçə ilə nəticələnib.
|
1-ci
|
10.10.2004
|
Böyük Vadi (Bakı) - AMMK (Bakı)
|
0:0
|
I dəstə
|
|
100-cü
|
13.04.2008
|
Olimpik (Bakı) - Neftçi (Bakı)
|
0:0
|
Premyer Liqa
|
|
200-cü
|
02.03.2011
|
AZAL (Bakı) - Turan (Tovuz)
|
2:0
|
Kubok, 1/4 final
|
|