 Topaz
Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi
mükafatlandırıldı. KİV nümayəndələri arasında keçirilmiş sorğunun nəticələrinə
əsasən “İnter” klubunun hücumçusu Vaqif Cavadov digər rəqiblərini xeyli
qabaqlayaraq noyabr ayında Topaz Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
Peşəkar Futbol Liqasının rəsmi saytında azarkeşlər arasında keçirilmiş sorğunun
nəticələrinə əsasən “Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur
Abdullayevin AZAL-ın qapısına vurduğu qol ötən ayın ən gözəl qolu seçilib.
Qaliblərə
Peşəkar Futbol Liqasının hədiyyələri və Topaz-ın pul mükafatları təqdim olunub. KİV sorğu nəticələri 





|