 Topaz
Premyer Liqasının 17-ci turunda “Simurq” Zaqatalada AZAL-ı qəbul etdi. Rəqibin
qapısından 3 cavabsız top keçirən əyalət təmsilçisi inamlı qələbə qazanaraq
turnir cədvəlində irəlilədi - 3:0.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Bu mövsüm, demək olar ki, ən zəif
oyunumuz idi. Əsas heyətin bir neçə futbolçusu müəyyən səbəblərdən bugünkü
oyunda iştirak etmirdi. “Simurq”u qələbə ilə təbrik edirəm”.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Yaxşı oyun göstərdik. AZAL-la
oyunlarımız həmişə çətin keçib. Qalib gəlib, turnir cədvəlində irəliləməli
idik. Bunu bacardıq, komandaya təşəkkürümü bildirirəm. Soyuq havada sonadək
bizi dəstəklədikləri üçün azarkeşlərə minnətdaram”.
|