 Topaz
Premyer Liqasının 17-ci turunda “Xəzər Lənkəran” doğma meydanda “Rəvan”la
qarşılaşdı. Rəqibini minimal hesabla məğlub edən cənublular növbəti üç xalı
aktivinə yazdı – 1:0.
Şahin
Diniyev, “Rəvan” klubunu baş məşqçisi: “Maraqlı oyun oldu. Komandamdan
razıyam, sona kimi mübarizə apardıq. Fikrimcə, hesab 1-1 olsa idi, bu, ədalətli
nəticə olardı. Hesabı bərabərləşdirmək üçün bir neçə imkanımız oldu”.
Mustafa
Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Bizim üçün vacib oyun idi.
Növbəti oyunumuzda da qalib gələcəyimizə inanıram. Hər oyunda futbolçular
bir-birini daha da yaxşı başa düşəcək, turnir cədvəlində irəliləyəcəyik”.
|