 Futbol
üzrə Azərbaycan I Divizionunda 14-cü tura yekun vurulub. Turun son
qarşılaşmasında “Neftçala” “Araz Naxçıvan”ı qəbul edib. “Bayıl Arena”da
keçirilən oyun Neftçala təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb –
1:0. Komandasının qələbə qolunu Mübarək Şahquliyev (d.65) vurub.
Qeyd
edık ki, mövsümdəki ilk məğlubiyyətinə baxmayaraq, “Araz Naxçıvan” turnir cədvəlində
liderliyini qoruyur.
|