 Qusar şəhər stadionunun ot örtüyünün hava şəraiti ilə əlaqədar
olaraq yaxşı vəziyyətdə olmaması səbəbindən “Şahdağ” – MOİK oyunu Bakı şəhərində
keçiriləcək. “Şahdağ” klubunun PFL-lə müraciətini və MOİK klubunun razılıq məktubunu
nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Futbol üzrə Azərbaycan
I Divizionun XV turunun “Şahdağ” – MOİK matçı 21 dekabr 2013-cü il tarixindən
22 dekabr 2013-cü il tarixinə dəyişdirilsin və matç “Bakı” FK-nın təlim-məşq
bazasının stadionunda keçirilsin.
2. XV turda
meydan sahibi kimi MOİK klubu, XXIII turda meydan sahibi kimi “Şahdağ” klubu
qeydə alınsın.
PFL-in prezidenti Ramin Musayev
|