 Futbol üzrə Azərbaycan I
Divizionunda 15-ci tura start verilib. Günün tək oyununda “Turan-T” “Şəmkir”lə
qarşılaşıb. Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada “Şəmkir” nominal ev
sahibi olsa da rəqibinə 0-2 hesabı ilə məğlub olub. Tovuz təmsilçisinin heyətində
Fərmayıl Əliyev (d.31) və Rəşad Piriyev (d.67) fərqləniblər.
|