 Topaz Premyer Liqasının 18-ci turuna “Qarabağ” – “İnter”
qarşılaşması ilə yekun vuruldu. Turun mərkəzi oyununda rəqibini 2-0 hesabı ilə
məğlub edən ağdamlılar turnir cədvəlində ilk pilləyə yüksəldi.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Bütün Azərbaycan
xalqını Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edirəm. “Qarabağ” yaxşı
oynadı, bizdən daha güclü idi, qələbə qazandı, təbrik edirəm”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Maraqlı və
sürətli oyun izlədik. Rəqib taktikanı həmişə dəyişən komandadır, yaxşı
komandadır. Qalib gəlib qış fasiləsinə yüksək əhval-ruhiyyədə gedirik”.
|