 Topaz Premyer Liqasının 18-ci turunun “Xəzər
Lənkəran” – “Sumqayıt” oyununda 7 qol vurulub. Lənkəranda keçirilən
qarşılaşmada meydan sahiblərinin 4:3 hesabı ilə qalib gəlməsi ilə mövsümün
rekordu təkrarlanıb. Belə ki, bir matçda 7 qolun vurulması 2013/14 mövsümü üçün
ən yüksək göstəricidir. Bunadək yalnız 1 dəfə azarkeşlər oyun ərzində 7 qol görmüşdü.
Noyabrın 3-də baş tutan “Qarabağ” – “Qəbələ” görüşündə meydan sahibləri eyni –
4:3 hesabı ilə qalib gəlmişdi.
Ümumilikdə isə 18-ci turda 17 qol vurulub. Bu isə
mövsümün 2-ci göstəricisidir. Yalnız 12-ci turda daha çox – 22 qol vurulmuşdu.
|