 Topaz Premyer Liqasının 18-ci turunda keçirilən “Xəzər
Lənkəran” – “Sumqayıt” qarşılaşmasını idarə edən Ramil Əhmədov mövsümdə ilk
dəfə baş hakim kimi meydana çıxıb. Əvvəlki qarşılaşmalarda dördüncü hakim və əlavə hakim
köməkçisinin funksiyasını yerin yetirən ədalət təmsilçisi bu mövsüm ilk dəfə Topaz Premyer Liqasında matç idarə edib. Əhmədov
18 turun 90 matçında baş hakim kimi iştirak edən 11-ci referidir. 2012/13
mövsümündə də 2 qarşılaşma idarə edən hakim özünün 2-ci mövsümündə meydana
çıxıb.
Cari mövsümdə meydana çıxan 11 baş hakim arasında
rekord isə Əliyar Ağayevə məxsusdur. FIFA hakimi 16 matçda iş başında olub.
Premyer Liqada 5-ci mövsümünü keçirən Ağayev ölkə çempionatındakı ümumi
oyun sayını 70-ə çatdırıb.
Ümumiyyətlə ötən mövsüm baş hakim kimi meydana çıxan
13 referinin 10-u bu mövsüm yenə meydanda olub. Anar Salmanov, Elçin Məmmədov və
Namiq Bəkirovun kənarda qaldığı mövsüm Səbayel Qurbanovanın Premyer Liqaya
qayıdışı ilə əlamətdar olub. Qadın hakim 2011/12 mövsümündə oyun idarə etsə də,
2012/13 mövsümündə Premyer Liqa oyunlarına təyinat almamışdı.
Qeyd edək ki, cari mövsümdə özünün 200-cü çempionat
matçını idarə edən Vüsal Əliyev ən azı bu qədər qarşılaşma idarə edən 5-ci
hakim olub.
|
№
|
Hakim
|
Cari mövsümdə oyun sayı
|
Mövsüm sayı
|
Ümumi oyun sayı
|
|
1.
|
Əliyar Ağayev
|
16
|
5
|
70
|
|
2.
|
Rəhim Həsənov
|
15
|
5
|
68
|
|
3.
|
Vüsal Əliyev
|
13
|
11
|
202
|
|
4.
|
Fariz Yusifov
|
12
|
12
|
222
|
|
5.
|
Orxan Məmmədov
|
11
|
4
|
30
|
|
6.
|
Rauf Cabbarov
|
10
|
6
|
61
|
|
7.
|
Ramil Diniyev
|
7
|
6
|
44
|
|
8.
|
Elvin Əsgərov
|
3
|
6
|
36
|
|
9.
|
Səbayel Qurbanova
|
1
|
2
|
3
|
|
10.
|
Ömər Paşayev
|
1
|
2
|
2
|
|
11.
|
Ramil Əhmədov
|
1
|
2
|
3
|
|