Topaz Premyer Liqasının
XVIII turunun “Qəbələ” – “Bakı” matçında “Qəbələ” klubunun 5
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə
olunur (maddə 40).
Matçın 90+2-ci dəqiqəsində “Bakı” klubunun
43 №-li futbolçusu Şəhriyar Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci
sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XVIII turunun “Rəvan” – “Simurq” oyunun 59-cu dəqiqəsində
“Rəvan” klubunun 40 №-li futbolçusu Mişel Balokoq kobud oyuna görə birbaşa
qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır,
klub 2000 manat cərimə olunur (maddə
37.1).
Topaz Premyer Liqasının XVIII turunun AZAL– “Neftçi” matçında AZAL klubunun 7
futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə
olunur (maddə 40).
Matçın 80-ci dəqiqəsində “Neftçi” klubunun 22
№-li futbolçusu Mahir Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200
manat cərimə olunur (maddə 48).
Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun
32 №-li futbolçusu Elvin Yunuszadə kobud oyuna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000
manat cərimə olunur (maddə 37.1).
Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun mətbuat
xidmətinin rəhbəri Gündüz Abbaszadə hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır,
klub 5000 manat cərimə olunur (maddə
42.4).
Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun
vitse-prezidenti Tahir Süleymanov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır,
klub 5000 manat cərimə olunur (maddə
42.4).
Əvəzedici heyətlərin XVIII
turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran” klubunun 5 futbolçusu
sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XVIII
turunun “Qəbələ” – “Bakı” matçının 90+1-ci dəqiqəsində “Bakı” klubunun baş məşqçisi
İbrahim Uzunca texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı
üçün 1 oyunluq cəzalanır, klub 500 manat cərimə olunur (maddə 62).
Əvəzedici heyətlərinin XVIII
turunun “Rəvan” – “Simurq” matçının 78-ci dəqiqəsində “Rəvan” klubunun 11 №-li
futbolçusu Kamil Nurəhmədov aqressiv hərəkətə
görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4
oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.3).
Azərbaycan I divizionunun XV turunun “Göyəzən” – “Neftçala” matçının 65-ci dəqiqəsində
“Neftçala” klubunun 12 №-li futbolçusu Novruz Rəhimov sonuncu ümid fouluna görə
birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə
olunur (maddə 48).
Azərbaycan I divizionun XV turunun “Karvan”
– “Ağsu” matçında “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün
klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I divizionun XV turunun “Araz
Naxçıvan” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu
sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).