 Topaz Premyer Liqasında 18-ci turun rəmzi komandası
və ən yaxşı oyunçusu məlumdur. InStat Football şirkətinin Peşəkar Futbol
Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən son turun ən yaxşı 11-liyi
aşağıdakı kimidir:
Qapıçı – İbrahim Sehiç (Qarabağ)
Müdafiəçilər – Ansi Aqolli (Qarabağ), Rəşad Sadıqov
(Qarabağ), Brüs Abdulaye (İnter), Maksim Medvedev (Qarabağ)
Yarımmüdafiəçilər – Arif Daşdəmirov (İnter), Riçard
Almeyda (Qarabağ), Vüqar Nadirov (Qarabağ), Marinaldo Silva (Qarabağ)
Hücumçular – Etame Mbilla (Xəzər Lənkəran), Vaqif
Cavadov (İnter)
Ağdamın “Qarabağ” klubu ötən tur topa ən çox sahib
olan komandadır – 36 dəqiqə. Hücum sayında (114) “Bakı”, qapıya zərbələrdə (23) isə “Xəzər
Lənkəran” üstün olub. “Simurq” ötürmələrin sayına (670) və dəqiqliyinə (594) görə
digərlərindən fərqlənib. Zaqatala təmsilçisinin futbolçuları ötən tur 12 dəfə
oyundankənar vəziyyətə düşüb. Künc zərbələrinin sayına görə isə “Bakı” öndədir –
11 dəfə. Təkbətək mübarizələrdə “Neftçi” digər komandalardan uğurlu olub. AZAL futbolçuları
isə ötən tur ərzində hamıdan çox qayda pozuntusuna yol veriblər – 33 dəfə.
Rəqib qapısına zərbələrdə (4) Vaqif Cavadov
(İnter), komanda yoldaşlarına ötürmələrdə (96%) isə Patrik Osiako (Simurq) fərqləniblər.
“Sumqayıt”lı Pərdis Fərcad-Azad hava mübarizələrində hamıdan uğurlu olub. Araz
Abdullayev (Neftçi) rəqibini aldadıb keçməkdə, Arif Daşdəmirov (İnter) isə rəqibdən
top almaqda üstün olub.
Topaz Premyer Liqasında 18-ci turun ən yaxşı
oyunçusu isə “Qarabağ”ın qapıçısı İbrahim Sehiçdir.
TPL, 18-ci turun statistikası
|