 İdman jurnalistləri arasında keçirilən “Jurnalistlərin
həmrəylik kuboku”na yekun vurulub. Peşəkar Futbol Liqasının dəstəyi ilə təşkil
olunmuş yarışın finalında “İdman Azərbaycan” və “Futbol+” komandaları
qarşılaşıb. Rəqibini 4-2 hesabı ilə məğlub edən televiziya işçiləri “Jurnalistlərin həmrəylik
kuboku”nun qalibi olub. Yarış iştirakçılarına PFL-mükafatları, qalib komandaya
isə kubok təqdim edilib.
|