 “Jurnalistlərin
həmrəylik kuboku”nun final oyunundan sonra “Futbol+” qəzetinin futbol
komandasının kapitanı Mahir Rüstəmli yarış haqqında fikirlərini bölüşüb.
Turnir haqqında və final oyunuhaqqındakı təəssüratlarınız necədir?
Final oyunu kifayət qədər maraqlı keçdi. Təəssüf ki, qrupda
onlara qarşı göstərdiyimiz oyunu bu gün göstərə bilmədik. Yalnız ikinci
hissədə istədiyimiz
oyunu göstərə bildik və iki qol vurduq. Hesabı bərabərləşdirməyə
bir qədər vaxt çatmadı. Həm də yorğunluq özünü göstərməyə başladı. Ötən oyunda qapıçımız
qırmızı vərəqə aldığından bu gün çərçivəni Nihad
qorudu, onun isə qapıçı kimi təcrübəsi yoxdur. Bu da oyunumuza təsir edən amillərdən
oldu. Bütövlükdə həm turnir, həm də final oyunu maraqlı alındı.
Turniri daha yaxşı təşkil etmək olardı. Təbii ki, mən burada PFL-dən daha
çox birbaşa təşkilatçıları nəzərdə tuturam. Oyun zamanı həkimin
olması, hakimlərin bir qədər də səviyyəli idarəçiliyi olsaydı daha yaxşı olardı. Amma PFL-in “Jurnalistlərin həmrəylik kuboku”na dəstək olması gözəl bir haldır. İnanıram ki, növbəti
illərdə bunun davamı gələcək. Bizim heç bir oyunumuzda ciddi hakim qalmaqalları
yaşanmayıb. Yarımfinal oyunundan əvvəlki gərginlik səbəbindən komandanı oyuna
kökləməyə bilmədik. Ajiotaj oldu,
çox təəssüfki, onun izləri bugünkü oyunda da qaldı. Psixoloji olaraq oyuna hazır
deyildik, ona görə də ardıcıl qollar buraxdıq.
Final oyununda komandanızda çatışmayan nə idi?
Mənə elə gəlir ki, final
oyunlarında bəxt də adamın tərəfində olmalıdır. 3-4 dəfə dirək rəqibi qoldan xilas elədi. Oyunun əvvəlində
bir neçə əlverişli qol
imkanını əldən qaçırdıq. Heç gözləmədiyimiz
oyunçu öz qapımıza qol vurdu, yəni, bu,
furboldankənar bəxt amilləri “İdman Azərbaycan”ın tərəfində
oldu.
Mükafat kimi verilən pulu hara xərcləyəcəksiniz?
Çalışdığımız
kollektivlə birgə Dünya azərbaycanlılarının həmrəylik gününü və Yeni ili qeyd edəcəyik.
Turnirin adı “Jurnalistlərin həmrəylik
kuboku” adlanır.
Sizcə, jurnalistlər həmrəy ola bildilərmi? Kimin kimə
rəqib olmasından asılı olmayaraq, final oyunundan sonra hər kəs
bir-birini alqışladı. Bu, özü də həmrəylik adına ciddi mesajdır.
Turnir zamanı belə bir şaiyə gəzirdi ki, təşkilatçılar
“Futbol+”komandasını çempion etmək istəyir. Hətta digər komandalar deyirdilər ki, əgər çempionluq “Futbol+”a lazımdırsa,biz onlara hədiyyə edək. Bu şaiyələrə
münasibətiniz necədir?
Biz belə şaiyələrə
fikir vermirik.
Turnirin 3-4 favoriti var idisə, biridə biz idik. Hər həftə
“Ruslan-93” idman
kompleksində futbol oynayırıq. “İdman Azərbaycan” bizə
qrupda 2-4 hesabı
ilə uduzmuşdu. Onlarda bir qisas hissi
var idi və bu da final
oyununda özünü göstərdi. Digər söhbətlər isə yalnız şaiyədir.
Arzu edərdim ki, PFL belə
nəcib tədbirlərə öz dəstəyini davam etdirsin. Turnirin təbliği ilə
bağlı nəsə etmək olardı. Bizim qəzetin hər
sayında turnir işıqlandırılırdı, digər KİV-lər də bunu etməli idilər. Final oyunu canlı yayımlana bilərdi, burada iştirakçıların qeyri-etik davranışı olmadı. Normal bir
oyun getdi.
|