 “Jurnalistlərin həmrəylik kuboku”nun qalibi “İdman Azərbaycan” kanalının futbol komandasının kapitanı Siyavuş Əliyev yarış haqqında fikirlərini bölüşüb. Turnir haqqında təəssüratlarınız?
Əla turnirdir, futbol elə bir idman növüdür ki, gərək orada həvəs olsun, stimul olsun. Mükafatın olması da oyunlara marağı və oyunların səviyyəsini qaldırmışdı, həmdə oyunlar
özümüzə maraqlı idi. Məncə,
pul mükafatını artırmaq da olardı. Final oyunu da maraqlı keçdi. Fikrimcə, oyuna baxanlar da razı qaldı və buradan xoş təəssüratlarla ayrıldılar. İstəyərdik ki, bu turnir
həmişə keçirilsin.
Final oyunu haqqında nə
düşünürsünüz?
Qrupda bu komandaya 2-4 hesabı ilə məğlub
olmuşduq. Əsas məsələ qrupda məğlub olmaq deyil, finalda qələbə
qazanmaqdır. Qrupda qələbə
üçün oynamırdıq, onsuz da bilirdik ki, finalda bu komanda ilə görüşəcəyik. Ona görə də
əsas gücümüzü finala saxlamışdıq.
Pul mükafatını necə xərcləyəcəksiniz?
Yeni il qabağı komanda ilə toplaşıb qələbəni
qeyd edəcəyik. Burada olan komandaların əksəriyyəti
istəyirdi ki, “İdman Azərbaycan”a qalib gəlsin, çünki, bizdə işçi sayı və seçim imkanı çoxdur. Bizim oyunçumuza qırmızı da verilib. Elə olub ki, rəqib oyuna 4 nəfərlə gəlib, biz də onlara güzəştə gedib 4 nəfərlə oynamışıq. Hakimlik
yaxşı idi, amma bəzən, sanki,
kimdənsə qorxurdular. Hakimlik edəndə qorxmaq
lazım deyil. Turnirin
adı “Jurnalistlərin həmrəylik kuboku” olsa da eyni sahədə
çalışan adamlar həmrəy ola bilməzlər, xüsusən də
jurnalistlər. Onlar daha çox rəqibdirlər.
|