 “Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının 3-cü dövrəsi
üçün hazırlıqlara start verib. Yeni kompleksdə hazırlıqlara başlayan komandanın
heyətində “İnter”dən transfer olunmuş Ramil Mansurov və “Qəbələ”dən transfer olunmuş Tərzin Cahangirov məşqlərə qatılıb. Türkiyədə əməliyyat
olunmuş Vurğun Hüseynov fərdi məşqlərlə kifayətlənib. “Sumqayıt” komandası yanvarın
10-da “Rəvan”, 15-də “Araz Naxçıvan”, 18-də isə AZAL-la yoxlama oyunu keçirəcək.
|