 “Neftçi” PFK-nın baş məşqçisi Nazim Süleymanov istefa
ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib. İstefa ərizəsi qəbul edilən
Nazim Süleymanov bugünkü məşqdən əvvəl komanda üzvləri ilə görüşüb və
sağollaşıb. Təcrübəli mütəxəssis istefasının səbəbini hazırkı durumda komandanı çempion edə bilməyəcəyi ilə əlaqələndirib. Paytaxt təmsilçisinin məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə
məşqçi Ruben Sellesə tapşırılıb.
|