 Yanvarın 5-dən Antalyada qış toplanışına start verən “İnter”
hazırlıq dövründə 5 yoxlama oyunu keçirəcək. Yanvarın 11, 15, 18, 22 və 25-də
meydana çıxacaq paytaxt təmsilçisinin üç rəqibinin adı artıq məlumdur. Kaxaber
Sxadadzenin yetirmələri yanvarın 15-də Almaniyanın “Holşteyn Kil”, 18-də Qazaxıstanın
“İrtış”, 25-də isə Almaniyanın digər təmsilçisi “Arminiya” klubu ilə qarşılaşacaq. “İnter”in
yanvarın 11 və 22-də qarşılaşacağı rəqiblər yaxın günlərdə müəyyənləşəcək.
|