 Topaz
Premyer Liqasının ikinci yarısına Antalyada hazırlaşan “Rəvan” klubu
Rumıniyanın “Universitatea Kraiova” klubu ilə qarşılaşıb. “Titanic” otelinin
idman kompleksinin əsas meydançasında keçirilən qarşılaşmada rəqibini 1-0 hesabı
ilə məğlub edən paytaxt təmsilçisinin yeganə qolunu Tyaqo Mirasema vurub.
Qeyd
edək ki, “Rəvan” klubu sonuncu yoxlama oyununu yanvarın 25-də Xorvatiyanın “Split”
klubuna qarşı keçirəcək.
|