 Topaz
Premyer Liqasının 20-ci turunda “Bakı” Zaqatalada “Simurq”la qarşılaşacaq. Qış
fasiləsində Kamran Ağayev, Rəhman Hacıyev və Mindauqas Kalonasla yollarını
ayıran bakılılar, yalnız I Divizion təmsilçisi “Lokomotiv”dən Tural Qürbətovu
heyətinə cəlb edib. Qeyd edək ki, Topaz Premyer Liqasının ikinci yarısını “Simurq”da
çıxış edəcək Kalonas 7 qolla cari mövsümün ən sərrast futbolçularındandır.
|
26.11.2006
|
Simurq (Zaqatala) - Bakı
|
0:0
|
|
18.05.2007
|
Bakı - Simurq (Zaqatala)
|
3:2
|
|
07.10.2007
|
Bakı - Simurq (Zaqatala)
|
1:1
|
|
13.04.2008
|
Simurq (Zaqatala) - Bakı
|
0:0
|
|
16.11.2008
|
Simurq (Zaqatala) - Bakı
|
2:1
|
|
02.05.2009
|
Bakı - Simurq (Zaqatala)
|
1:0
|
|
12.09.2009
|
Bakı - Simurq (Zaqatala)
|
1:2
|
|
13.12.2009
|
Simurq (Zaqatala) - Bakı
|
1:2
|
|
19.09.2010
|
Simurq (Zaqatala) - Bakı
|
1:1
|
|
05.12.2010
|
Bakı - Simurq (Zaqatala)
|
0:1
|
|
14.08.2011
|
Bakı - Simurq (Zaqatala)
|
0:0
|
|
20.02.2012
|
Simurq (Zaqatala) - Bakı
|
0:2
|
|
10.08.2012
|
Bakı - Simurq (Zaqatala)
|
0:0
|
|
22.02.2013
|
Simurq (Zaqatala) - Bakı
|
0:0
|
|
30.03.2013
|
Simurq (Zaqatala) - Bakı
|
0:1
|
|
28.04.2013
|
Bakı - Simurq (Zaqatala)
|
2:1
|
|
24.08.2013
|
Simurq (Zaqatala) – Bakı
|
0:3
|
|
01.11.2013
|
Bakı - Simurq (Zaqatala)
|
3:2
|
Bu
komandalar arasında keçirilən oyunlarda “Bakı”nın aşkar üstünlüyü var. 8 dəfə qələbə
qazanan bakılılar, cəmi 3 dəfə rəqibinə məğlub olub. Digər 7 oyun isə heç-heçə
başa çatıb. Qeyd edək ki, “Simurq”un 3 qələbəsindən yalnız biri ev oyununa təsadüf
edib. Zaqatalalılar ev sahibi olduğu son 4 oyunda “Bakı”nın qapısına yol tapa
bilməyiblər. “Simurq”un “Bakı” üzərində son qələbəsi isə 2010-cu ilin sonlarına
təsadüf edir.
Turnir
cədvəlində rəqibindən 5 xal irəlidə olan paytaxt klubu son turda “Rəvan”ı 5-1
hesabı ilə məğlub edib. “Simurq” isə səfər oyununda “Neftçi”yə 0-3 hesabı ilə
uduzub. “Bakı”nın heyətində Ruben Qonzalez cəza səbəbindən “Simurq”la oyunu
buraxacaq. “Simurq” indiyədək topladığı xalların demək olar ki, yarısını ev
oyunlarında qazanıb – 12 xal, 3 qələbə, 3 heç-heçə. “Bakı” isə cari mövsümdə “Sumqayıt”
və “Rəvan”dan sonra səfərdə uğursuz çıxış edən üçüncü komandadır – 9 oyunda 8
xal (2 qələbə, 2 heç-heçə).
|