 Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS)
dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Bu cədvəldə Azərbaycanın
yeganə təmsilçisi olan Ağdamın “Qarabağ” klubu ötən ayla müqayisədə iki pillə geriləyərək 119,50
xalla 113-cü pillədə qərarlaşıb. Dünyanın ən güclü klubları siyahısına isə Almaniyanın “Bayern” klubu başçılıq edir.
|