 Topaz Premyer Liqasının
20-ci turunun mərkəzi oyununda “Qarabağ” səfərdə “Qəbələ” ilə qarşılaşdı.
Reynaldonun yeganə qolu ilə minimal hesablı qələbə qazanan Ağdam təmsilçisi
turnir cədvəlində yenidən zirvəyə yüksəldi – 1:0.
Qurban Qurbanov, “Qarabağ”
klubunun baş məşqçisi: “Düşünürəm ki, yaxşı oyun oldu. Hər iki tərəf yaxşı oyun
göstərdi. Azarkeşlər aktiv idi, əsl futbol ab-havası var idi. Vacib 3 xal
qazandıq. Rəqibi düzgün analiz edib, oyun qurmağa çalışdıq. Sürətli oyun keçdi,
bu da onu göstərir ki, çempionat daha da canlanır, rəqiblər daha da güclənir. Hər
bir oyun bizim üçün vacibdir. Bu səbəbdən ciddi olmalıyıq və sabit oyun göstərməyə
çalışmalıyıq. Rəşad Sadıqov həm komandanın kapitanıdır, həm də dostumdur. Əsas
heyətin hər bir oyunçusu olmayanda sıxıntı olur. Amma təcrübəli oyunçunun meydanda
olması vacibdir. Onun meydanda olması komandanın xeyrinədir”.
Yuri Syomin, “Qəbələ”
klubunun baş məşqçisi: “Çox gərgin bir oyun keçdi. Bir səhvə yol verdik, o da
qolla nəticələndi. Təkbətək epizodda qol vura bilmədik. Stadionda yaxşı futbol əhval-ruhiyyəsi
var idi, meydan ideal vəziyyətdə idi. Oyunçulara nəsə demək düzgün deyil, çünki
hər biri ayrı-ayrılıqda qələbə üçün çalışdılar. Artıq 3 oyundur ki,
“Qarabağ”a uduzuruq. Düşünürəm ki, bu oyunu əvvəlkilərə nisbətən daha
yaxşı oynamışıq. Marat İzmaylov mükəmməl ötürmələr edirdi. Onun ötürməsindən
sonra Mendi qapıçı ilə təkbətək çıxdı, amma yararlana bilmədi. Düşünürəm ki, o,
Ebesiliodan daha yaxşı oynadı”.
|