 Topaz Premyer Liqasının
20-ci turunda “İnter” səfərdə “Rəvan”ın qonağı oldu. Maraqlı idman mübarizəsində
keçən paytaxt derbisi qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatdı. “İnter”in
qələbə qolunun müəllifi olan Vaqif Cavadov cari mövsümdə 10-cu topunu vurdu.
Kaxaber Sxadadze, “İnter”
klubunun baş məşqçisi: “İlk növbədə qələbəyə layiq olduğumuzu qeyd edim. İlk
hissədə hər hücumumuzda qol vəziyyəti yaradırdıq, lakin istifadə edə bilmirdik.
Fasilədə futbolçulara dedim ki, oyundakı vəziyyət əleyhimizə dəyişə bilər,
futbol belədir. Qələbə topunu vura bildik. Hər bir rəqibi ciddi qəbul etmək
lazımdır. Bugünkü oyundan dərs almalıyıq”.
Güvenc Kurtar, “Rəvan”
klubunun baş məşqçisi: “Oyunun böyük hissəsini azlıqda oynamağımıza baxmayaraq,
yaxşı mübarizə apardıq. Bu cür güclü rəqibə qarşı azlıqda yaxşı oynadıq. Qapı
dirəyinə tuş gələn zərbəmiz oldu. Hakimin qəribə qərarları var idi. Topa
oynayan futbolçularımızda sarı vərəqələrlə qorxu yaratdı. Mübahisəli vəziyyətlərdə
“İnter”in lehinə qərarlar verirdi. Qələbə qazanmağı çox istəyirdik. Bu cür məğlubiyyət
üzücüdür, lakin futbolçularımı oyuna görə təbrik edirəm. Uğurlu əvəzetmələrlə
oyuna müdaxilə etsək də, 94-cü dəqiqədəki 11 metrlik cərimə zərbəsi
planlarımızı pozdu”.
|