 Topaz Premyer Liqasının
20-ci turunda AZAL doğma meydanda “Sumqayıt”la qarşılaşdı. Oyun ərzində AZAL iki dəfə
hesabda irəli çıxsa da, “gənclər şəhəri”nin təmsilçiləri əzmkar oyunla çətin səfər
oyununda 1 xal qazanmağı bacardı – 2:2.
Vaqif Sadıqov, AZAL
klubunun baş məşqçisi: “Oyunun çətin olacağını bilirdik. 11 nəfər 14 nəfərə
qarşı oynaya bilməz. Nəticədən narazı qaldım. Oyunumuzdakı çatışmazlıqları
aradan qaldırmalıyıq”.
Aqil Məmmədov, “Sumqayıt”
klubunun baş məşqçisi: “Komandanın göstərdiyi oyun məni qane etsə də, nəticədən
narazı qaldım. Qələbə qazanmaq üçün oynayırdıq. Qapımıza vurulan qollarda səhvlərimiz
oldu. Buna baxmyaraq, komanda qalib gəlmək üçün əlindən gələni etdi”.
|