 Topaz Premyer
Liqasının 20-ci turunda Zaqatalaya səfər edən “Bakı” yerli “Simurq”la oyunda
minimal hesablı qələbə qazandı – 1:0.
Milinko Pantiç, “Bakı”
klubunun baş məşqçisi: “Qalib gəldiyimiz üçün çox şadam. Çox az komanda “Simurq”la
səfər oyununda qələbə qazana bilir. İkinci hissə bizim üçün çox çətin oldu.
Qapımıza hücumlar çox oldu. Oyunçularımızın birliyi ilə bu hücumların qarşısını
aldıq”.
Giorgi Çixradze, “Simurq”
klubunun baş məşqçisi: “Nəticəyə görə məğlub tərəfik, lakin oyuna baxdıqda
heç-heçə ədalətli nəticə olardı. İlk hissədə səhvimizdən qapımızda qol gördük.
İkinci hissədə hücumları artırdıq, qol epizodları yaratdıq. Lakin lazım olan
qolları vura bilmədik”.
|