 Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə
alınıb. 20-ci turun “Xəzər Lənkəran” – “Neftçi” matçında qeydə alınan tamaşaçı
sayı 2013/14 mövsümündə ən yüksək göstəricidir. Belə ki, “Böyük oyun” adı ilə
tanınan qarşılaşmanı 11000 tamaşaçı izləyib. Bu qarşılaşma 1-ci dövrənin Lənkəranda
baş tutan “Böyük oyun”unu da
arxada qoyub. Həmin matçı 10000 tamaşaçı izləmişdi.
Qeyd edək ki,
cari mövsüm çempionatda ən çox tamaşaçı toplayan 5 oyunun hamısı Lənkəranda
keçirilib.
|
tur
|
tarix
|
oyun
|
tamaşaçı sayı
|
|
20
|
09.02.2014
|
Xəzər Lənkəran
- Neftçi
|
11000
|
|
4
|
25.08.2013
|
Xəzər Lənkəran
- Neftçi
|
10000
|
|
11
|
27.10.2013
|
Xəzər Lənkəran - Qarabağ
|
7500
|
|
6
|
14.09.2013
|
Xəzər Lənkəran - Bakı
|
7100
|
|
2
|
11.08.2013
|
Xəzər Lənkəran - Simurq
|
7000
|
|