 Topaz
Premyer Liqasının 21-ci turunda “Bakı” doğma meydanda “Neftçi” ilə qarşılaşdı.
İkinci hissədə vurduğu iki qolla rəqibini məğıub edən “Bakı” paytaxt derbisindən
qalib ayrıldı – 2:0.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Əsas heyətin 5-6 futbolçusunun
oynamaması öz sözünü dedi. Erik Ramos mərkəzdə oynayanda daha rahat oluram, neçə
ildir ki, özünü doğruldur. Rəşad Sadiqov oyunqurucu kimi yaxşıdır, bu gün isə rəqib
hücumlarını dağıtmaq üçün fərqli mövqedə oynadı. Nə edək ki, Kanales kimi qol
imkanlarından istifadə edən futbolçumuz yoxdur. Melvin Platyenin qol vurmasını
istəyirdim, amma vura bilmədi. Qol epizodlarında yalnız çərçivəyə düşməyi lazım
idi, bacarmadı”.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “”Neftçi”ni məğlub etdikdən sonra hamımız
sevincli olmalıyıq. Yaxşı oyun göstərdik. İlk hissənin əvvəlində rəqib hücuma
atıldı. “Neftçi”nin bu qədər hücumameylli oynayacağını gözləmirdim. Fasilədə
komandaya səbrlə oynamağı tapşırdım, qol vuracağıq dedim. İkinci hissədə fərqli
oyun gördük, qalib gəldik. Bizim üçün çempionat indi başlayır. “Neftçi” ilə xal
fərqimizi azaltdıq. Hər şey hələ qabaqdadır. “Xəzər Lənkəran”la oyuna yalnız 3
xal üçün çıxacağıq. Bu qələbə növbəti oyunlara köklənmək üçün bizə çox kömək edəcək.
Hakimə meydanda kömək etmək lazımdır, futbolçulara hakimlə mübahisə etməməyi
tapşırmışdım. Gözəl oyuna görə hakimləri də təbrik edirəm”.
|