 Topaz
Premyer Liqasının 21-ci turunda “Xəzər Lənkəran” səfərdə “Qəbələ” ilə
qarşılaşdı. İlk hissədə hesabda geri düşən cənublular ikinci hissədə göstərdiyi
əzmkar oyunla qələbə qazandı – 3:2. Bu qələbə ilə “Xəzər Lənkəran”ın Topaz
Premyer Liqasında məğlubiyyətsiz oyunlar seriyası 7-yə çatdı.
Mustafa Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Premyer
Liqanın ikinci dövrəsinə çətin oyunlarla başladıq. “Qarabağ” və “Qəbələ” ilə səfərdə,
“Neftçi” ilə öz meydanımızda oynadıq. Amma bu oyunlarda yaxşı nəticələr əldə
etdik, 7 xal qazandıq və sübut etdik ki, çempionatda “Xəzər Lənkəran” da var. Turnir cədvəlində çox geridə idik. Gələcək oyunlara görə çox ümidliyəm. Çox yaxşı
seriya əldə etdik. Fiziki və psixoloji olaraq buna hazır olmalıyıq. Hazırlıq
qarşılşmaları futbolda önəmi olmayan oyunlardır. Son 3 oyunda çempionatın liderlərinə 6 qol vurduq”.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “İki fərqli hissə gördük. İlk hissədə həm
hesab, həm oyun bizi qane etdi. İkinci hissədə buraxılan ilk qoldan sonra
komanda əsəbi oynadı, oyuna nəzarəti itirdik. Müdafiədə diqqətsiz oynadıq,
səhvlər məğlubiyyət gətirdi. Marat İzmaylov ağıllı ötürmələr verir. Subotiçin
ikinci qolunda ötürməni də İzmaylov vermişdi. Ona görə də onu əvəzləmək istəmədim”.
|