 Topaz
Premyer Liqasının 21-ci turuna “Qarabağ” – AZAL oyunu ilə yekun vuruldu. Rəqibini
2-1 hesabı ilə məğlub edən ağdamlılar ən yaxın izləyiciləri ilə xal fərqini
dördə çatdırdı.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Bizə xallar qazanmaq vacibdir. “Qarabağ”a
qarşı bundan əvvəlki qarşılaşmada taktiki cəhətdən oynadıq. “Qarabağ” səviyyəli
rəqibdir, Komandam sona kimi mübarizə apardı, qol vurduq. Daha bir qol vurub
hesabı bərabərləşdirə bilərdik, təəssüf ki, hücumları sonlandıra bilmədik. 29
qol buraxmışıq, bu, pisdir. Komanda ruhuna görə futbolçularıma təşəkkürümü
bildirirəm. Həm “İnter”, həm də “Qarabağ” nəticəyə oynayır”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Həm ağır, həm də maraqlı oyun oldu.
Bizim üçün AZAL çempionatın ən çətin komandasıdır. Oyunun sonuna kimi rəqibə
oynamağa imkan vermirlər. Çox qol epizodu yaratdıq, amma istifadə edə bilmədik.
Buna görə də oyunun sonlarında biraz gərginlik oldu. Azarkeşlər sona kimi bizə
yaxşı dəstək oldu. Müəyyən çatışmazlıqlarımız var, bunları aradan
qaldırmalıyıq. Bu oyun futbolçulara daha diqqətli olmaları üçün bir işarə oldu”.
|