 Topaz Premyer Liqasının 23-cü
turunda AZAL doğma meydanda “Xəzər Lənkəran”la qarşılaşdı. Oyunun gedişində 0-2
hesabı ilə geri düşməyinə baxmayaraq, AZAL əzmkar oyunu ilə 1 xal qazanmağı
bacardı – 2:2.
Vaqif Sadıqov, AZAL
komandasının baş məşqçisi: “Hər iki komandaya qələbə vacib idi. Komandaların turnir
cədvəlində tutduğu mövqelər bir-birinə yaxındır. Qalib gəlib irəliləmək istəyirdik.
Rəqibin üstün keyfiyyətlərin bilirdik. Oyunun sonunadək yaratdığımız qol imkanlarından
istifadə edə bilmədik. Rəqib əlinə düşən imkanlardan maksimum istifadə etdi. Rəqibin
kimliyindən asılı olmayaraq, komanda sona kimi mübarizə aparır. Qələbəyı layiq
heç-heçə idi, sona kimi oynamalıyıq. Güclü AZAL komandasını formalaşdırırq. Ardıcıl
məğlubiyyət komandada psixoloji sıxıntı yaradır. Uğursuz oyunlar seriyasını
qırdığımızı düşünürəm”.
Mustafa Denizli, “Xəzər Lənkəran”
klubunun baş məşqçisi: “Mübarizə ilə bol olan oyun idi. Yaxşı oynadıq, qol
imkanlarımız oldu, qalib gəlməli idik. Hesabda iki topla üstün idik, uşaq səhvlərindən
3 xalı itirdik. Yaxşı oynadığımızı düşünürəm, qalib gəlməli idik. Futbolçuların
bəzən həvəskar davranışı olur. Qələbəni əldən verdiyimizə üzülürəm. Mbillanın həm
ağzından, həm də ayağından zədələnməsi səbəbi ilə onu əvəzlədik”.
|