 Topaz Premyer Liqasının 23-cü
turunda “İnter”lə “Bakı” paytaxt derbisində qarşılaşdı. Hərəyə bir dəfə fərqlənən
tərəflər oyundan “sülh”lə ayrıldılar – 1:1.
Milinko Pantiç, “Bakı”
klubunun baş məşqçisi: “Bu cür oyundan sonra nə deyəcəyimi bilmirəm. Tarix yenə
təkrarlandı. Bu oyunda 2 xal itirdik. Əsas heyətin bəzi oyunçuları yox idi,
lakin 5 təmiz qol epizodu yaratdıq. Rəqib isə bir dəfə qapımıza doğru gəldi və
onda da qol vurdu. Rəqibi hər cəhətdən üstələdik, oynamaq istəmirlərsə, nə edə
bilərik? Rəqib məşqçinin taktikasına hörmətlə yanaşıram. Çempionat asan deyil, “Sumqayıt”
“Neftçi”ni məğlub etdi, zəif rəqib yoxdur. Bütün futbolçularım igiddirlər”.
Kaxaber Sxadadze, “İnter”
klubunun baş məşqçisi: “Çox ağır və gərgin oyun oldu. Oyunun məzmunundan narazı
qaldın. Bu oyunda mütləq qələbə qazamalıydıq. Lakin göstərdiyimiz oyuna görə qələbəyə
layiq deyildik. Bəzi oyunçulara iradım var. Qarşıda çətin səfər oyunumuz var. Rəqib
məşqçinin fikirlərini şərh etməyəcəm, ona fikir vermirəm”.
|