 Topaz Premyer Liqasının 23-cü turunda vurulan qol
“Bakı” üçün yubileylə əlamətdar olub. “İnter”lə qarşılaşmada hesabı açan
Aleksandar Şoliç klub tarixinə düşüb. Belə ki, xorvatiyalı legioner paytaxt
təmsilçisinin Premyer Liqada 600-cü qolunu vurub.
Ölkə çempionatlarında müxtəlif adlar altında çıxış
edən komanda “Polis Akademiyası”, “Dinamo”, “Dinamo-Bakılı” və “Bakı” adları
altında keçirdiyi 472 qarşılaşmada 600 qol vurub və 443-nü buraxıb. Bakılılar
340 dəfə öz meydanında, 260 dəfə səfərdə qol sevinci yaşayıb.
Qeyd edək ki, yalnız 4 klub “Bakı”dan çox qol
vurub. “Neftçi” 1124, “Qarabağ” 875, “Kəpəz” 849, “Turan” isə 723 dəfə fərqlənib.
|