 Topaz
Premyer Liqasının 23-cü turunda Qəbələdə yerli komanda “Rəvan”la qarşılaşdı.
Qolsuz heç-heçə ilə başa çatan oyunda “Qəbələ” iki dəfə 11 metrlik cərimə zərbəsindən
istifadə edə bilməyib. Lorenzo Ebesilio və Leonardo da Silvanın zərbələrini
paytaxt klubunun qapıçısı Lukaş Sapela dəf edə bilmişdi.
Azərbaycan çempionatında soncuncu belə hadisə - 2350 gun əvvəl
qeydə alınıb. 2006/07-ci il mövsümünün 5-ci turunda Qəbələdə keçirilmiş “Gilan”
– “Karvan” (1-4) oyununda ev sahibi komanda iki dəfə 11 metrlik cərimə zərbəsindən
istifadə edə bilməyib. 16-cı dəqiqədə Samir Zərgərovun zərbəsini “Karvan”ın
qapıçısı Elxan Həsənov dəf edib, 59-cu dəqiqədə isə İbrahim Hüseynov çərçivədən
yayınıb.
|