 Topaz
Premyer Liqasının 24-cü turunda “Bakı” doğma meydanda “Sumqayıt”la qarşılaşdı.
Qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatdı – 0:0.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Oyunun çox çətin olacağını
bilirdik. “Bakı” çətin rəqibdir. Hesab məni qane etsə də, oyundan narazı
qaldım. Ötən tur “Neftçi”yə qarşı göstərdiyimiz oyunu bu gün oynaya bilmədik”.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Futbola xas olan bir oyun gördük.
Komandam rəqibi ciddiyə almadı. İlk hissəni rəqibə “hədiyyə” verdik və bunun cəzasını
çəkdik. Qol vurmaq üçün şanslarımız oldu. Hesabın ədalətli olduğunu düşünürəm”.
|