 Topaz
Premyer Liqasının 24-cü turunda “Simurq” doğma meydanda “Qəbələ” ilə
qarşılaşdı. Komandaların səylərinə baxmayaraq, oyunda hesab açılmadı – 0:0.
Yuri Syomin,
“Qəbələ” klubunun baş məşqçisi: “Bütün oyunlar gərgin keçir, heç-heçəni ədalətli
nəticə sayıram. Oyun ərzində 1-2 real qol imkanımız oldu. Futbolçular var gücü
ilə oynadılar, buna görə minnətdaram. Lakin bəzi epizodlarda keyfiyyətli son
vuruşu vurmaq alınmadı, xüsusən də Mendi və Leonardoda. Bu gün 1 xal qazandıq. “Simurq”
evində çox yaxşı oynayır, yaxşı müdafiə olunur”.
George
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyun maraqlı və sürətli oldu. Hər
iki komanda qələbə üçün oynayırdı. Bir neçə təhlükəli qol imkanı yaratdıq,
lakin istifadə edə bimədik”.
|