 Bakının “Rəvan”
klubunun qələbəsiz oyunlar seriyası başa çatıb. Topaz Premyer Liqasının 24-cü
turunda AZAL-ı 1:0 hesabı ilə məğlub edən Güvenc Kurtarın yetirmələri 18
oyunluq həsrətə son qoyublar. Bakılılar sonuncu dəfə 5-ci turun “Sumqayıt”la səfər
oyununda qalib gəlmişdi. “Rəvan” 181 gün əvvəl - ötən il avqustun 31-də olduğu
kimi yenə də 1:0 hesablı qələbə ilə 3 xal qazanıb.
Sumqayıtdakı qələbəsi
səfərdə qeydə alındığından “Rəvan” mövsümdə ilk dəfə evdə 3 xal qazanıb.
Paytaxt təmsilçisinin öz meydanındakı son qələbəsi ötən mövsüm qeydə alınmışdı.
2013-cü il aprelin 22-də “Turan”ı məğlub edən “Rəvan” 312 gündən sonra
qonaqları xalsız qoya bildi.
|