 Topaz Premyer Liqasında 24-cü turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşmişdir. InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir: Qapıçı - Kamal Bayramov (Rəvan)
Müdafiəçilər - Ansi Aqolli (Qarabağ), Yohan Bokonyano (İnter), Bədavi Hüseynov (Qarabağ), Mahir Şükürov (Neftçi)
Yarımmüdafiəçilər - Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc ( Qarabağ)
Hücumçular - Reynaldo (Qarabağ), Baçana Sxadadze (İnter)
Turun ən yaxşı oyunçusu isə "Qarabağ"ın braziliyalı oyunçusu Reynaldodur.
|