 Topaz
Premyer Liqasının 25-ci turunda “İnter” səfərdə “Sumqayıt”ı minimal hesabla məğlub
etdi. Oyunun yeganə qolu Vaqif Cavadovun aktivindədir – 1:0.
Kaxaber
Sxadadze, “İnter” klubunu baş məşqçisi: “Mövsümün əvvəlində ilk 7 oyundan 6-da
məğlub olub, son pillələrdə idik. İndi isə uğurlu çıxışla 3-cü pilləyədək yüksəlmişik.
Görülən işə görə komandaya minnətdaram, avrokuboklara düşmək üçün əlimizdən gələni
etməliyik. Rəqib son 3 oyunda qapısından qol buraxmamışdı. “Neftçi”ni məğlub
etmişdi, “Bakı” ilə oyunda azlıqda qalsa da, heç-heçə oynamışdı. “Sumqayıt”ın baş
məşqçisinə təşəkkür etmək lazımdır, o, komandanı doğru yöndə aparır. Gənc
futbolçulara düzgün oynamağı öyrədir. Bugünkü oyunda təcrübə sayəsində rəqibi
üstələdik. 1-0 “sürüşkən” hesabdır, qol epizodlarından istifadə etməli idik. Oyunun
sonlarına yaxın “Sumqayıt” hesabı bərabərləşdirə də bilərdi. Qarşıda çox oyun
var, avrokuboklara düşmək qarşımızda duran minimal vəzifədir. Çempionluq haqqında
isə həmişə düşünürük. “Qarabağ” bu il çox güclüdür, layiqli olaraq çempionatın lideridir.
Lakin heç kim çempionun kimliyini indidən deyə bilməz. Baçana Sxadadze artıq
ikinci dəfə Gürcüstan millisinə çağrılır. Onun milli komandadakı oyunu haqqında
fikir bildirməyim düzgün olmaz, bunu baş məşqçisi etməlidir. Milli komandaya
faydalı olmasını arzulayıram”.
Aqil Məmmədv,
“Sumqayıt” klubunun baş məşqçisi: “”İnter” bizim üçün çətin rəqibdir. Hələ ki, “İnter”ə
qalib gələ bilməmişik. İki fərqli hissə oynadıq, ikinci hissədə daha yaxşı
oynadığımızı düşünürəm. “İnter” layiqli qələbə qazandı, təbrik edirəm. Məqsədimiz
çempionatda “Rəvan”ı keçmək və mövsümü son pillədə başa vurmamaqdır”.
|