 Topaz
Premyer Liqasının 25-ci turunda öz meydanında “Xəzər Lənkəran”la qarşılaşan “Rəvan”
oyunun son dəqiqələrində vurduğu qolla rəqibini 2-1 hesabı ilə məğlub etdi.
Mustafa Denizli, “Xəzər Lənkəran” klubunun
baş məşqçisi: “Komediya kimi bir oyun oldu, deməyə sözüm yoxdur. Bu cür
oyunla məğlub olduq. Belə hadisələr 20 ildə bir dəfə olur. Bir oyunda bu qədər qol
epizodundan istifadə edə bilməyəsən və son anda qapından qol buraxıb məğlub
olasan. Yuxu kimi bir oyun oldu, 5-6 qol epizodundan istifadə edə bilmədik. Ancaq
uşaqlar belə səhvlər edə bilər. Bizim oynadığımız futbolla rəqibin oynadığı
futbolun nəticəsi budursa, deməyə sözüm yoxdur. Oyunu uduzmaq olar, amma bu cür
iki qol buraxmağa söz tapa bilmirəm”.
Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “”Xəzər
Lənkəran” oyuna yaxşı başladı. Rəqib əla komandadır, bizdən çox güclüdür. Buraxılan
qoldan sonra toparlandıq, bərabərlik qolundan sonra isə oyunumuzu əks-hücumlar üzərində
qurduq. Komandam yaxşı mübarizə apardı. Yeni komanda yaradırıq, 2 yeni oyunçumuz
gəldi. Qapıçımız Kamal Bayramov bu gün yaxşı oynadı. Gənc futbolçuları yetişdirmək
istəyirik. Qarşıdakı kubok oyununa ciddi hazırlaşacağıq, növbəti mərhələyə adlamaq
istəyirik. KİV-də mənim barəmdə yazılanları oxumamışam. Buraya futbol adına nəsə
etmək üçün gəlmişəm, getmək barədə düşünmürəm. Futbolçuların düzgün qidalanmasına
nəzarət edirik. Gənc futbolçulardan Novruz Məmmədov öz üzərində işləsə, yaxşı
futbolçu olacaq. Hamı nəticəyə baxır. Uğursuz olaramsa rəhbərlik məni göndərər.
Məşqçinin bəhanəsi olmamalıdır. Nəticə varsa, işinə davam etməlidir, əks halda
getməlidir”.



































|