 Azərbaycan
kubokunun 1/4 final cavab oyunları çərçivəsində doğma meydanda “Araz Naxçıvan”la
qarşılaşan “Xəzər Lənkəran” rəqibini 1-0 hesabı ilə məğlub edərək növbəti mərhələyə
yüksəldi.
Mustafa
Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Oyunu artıq ilk hissədə həll
edə bilərdik. Vurduğumuz qoldan sonra bir zərbəmiz də qapı tirindən döndü. Kubokda
yolumuzu davam etdirdiyimiz üçün şadam. “Araz Naxçıvan” yaxşı komandadır, gələn
mövsümdən Premyer Liqada çıxış edəcəklərinə inanıram. Yarımfinal oyunları daha
fərqli olacaq. Premyer Liqada da
bacardığımız qədrə irəliləməyə çalışacağıq”.
Əsgər
Abdullayev, “Araz Naxçıvan” klubunun baş məşqçisi: “Hamını Novruz bayramı ilə təbrik
edirəm. “Xəzər Lənkəran” klubunun rəhbərliyinə təşəkkür edirəm, bizi yaxşı
qarşıladılar. Biz 8 ayın komandasıyıq, yaxşı mübarizə apardıq, qələbə istəyimiz
var idi, təəssüf ki, alınmadı. Hakimliklə bağlı ötən oyunda da danıışmışdım.
Bir daha bu mövzuya qayıtmaq istəmirəm. Aidiyyatı qurumlar bu məsələlərə baxır,
qiymət verir”.
|