 Azərbaycan kubokunun növbəti
yarımfinalçısı məlum olub. Səfərdə “Qarabağ”ı 2-1 hesabı ilə üstələyən “Qəbələ”
növbəti mərhələyə yüksəlib. Qəbələ təmsilçisi finala çıxmaq uğrunda “Xəzər Lənkəran”la
mübarizə aparacaq.
Yuri Syomin, “Qəbələ”
klubunun baş məşqçisi: “”Qarabağ”la iki gərgin oyunumuz oldu. İki komandadan
biri növbəti mərhələyə çıxmalıydı. Bu mövsüm ilk dəfədir ki, “Qarabağ”a qalib gəlirik.
Komanda intizamlı oynadı”.
Qurban Qurbanov, “Qarabağ”
klubunun baş məşqçisi: “Məğlub olduq, maraqlı oyun oldu. Rəqibi qələbə ilə təbrik
edirəm. “Qəbələ” çox istəkli idi”.
|