 Topaz
Premyer Liqasının 27-ci turunun açılış oyununda “Qəbələ” doğma meydanda “İnter”lə
qarşılaşdı. Rəqibinə 1-4 hesabı ilə məğlub olan əyalət təmsilçisi turnir cədvəlində
5-ci pilləyə gerilədi.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Hamının bayramını təbrik edirəm, can
sağlığı, xoşbəxtlik arzu edirəm. Bu cür qələbədən sonra oyunumuzu analiz edə
bilməyəcəm. Daha çox emosiyalar üstündür. Futbolçularımı gözəl oyuna görə təbrik
edirəm, çox qol vurduq. Bu oyunu tezliklə unudub qarşıdakı son mərhələyə
hazırlaşmalıyıq. Turnir cədvəlində hansı mövqedə olacağımız qarşıdakı oyunlarda
bilinəcək. Sabit komanda həmişə məqsədinə çatır. Biz də bu cür oyunla
avrokuboklara düşməyə çalışmalıyıq. Rəqib “Neftçi” və “Qarabağ”a qarşı müxtəlif sistemlərlə
oynamışdı. Biz də bunu nəzərə alıb oyunumuzu qurduq”.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Nəticə qanunauyğundur, “İnter” bu gün bizdən
üstün oynadı. Bunun səbəblərindən biri əsas heyətdən bir neçə müdafiəçinin olmamasıdır. Bu dəfə rəqibə qarşı müdafiədə
etibarlı oynaya bilmədik. Bundan əlavə “İnter” kubok oyunundan sonra fiziki
baxımdan bizdən daha güclü oldu. Levinin daha öncə harada oynaması mənim üçün
önəmli deyil. 0-1 hesabı ilə geri düşdükdən sonra hücumameylli oyunçunu
meydana buraxdım. Bu nəticə ilə heç kim razı ola bilməz, nə mən, nə də azarkeşlər.
Sabit çıxış etmirik, Kamran, Rafael və Nikola zədəlidir. Gənc futbolçulara şans
verməli olduq. Nəticə qazanmaq üçün səbr etmək lazımdır. Əvəzetmədən oyuna daxil olan Leonardonun oyunu məni qane etmədiyi üçün onu əvəzlədim”.
|