 Topaz
Premyer Liqasının 27-ci turunda AZAL doğma meydanda “Bakı” ilə qarşılaşdı. İlk
hissəsi 1-1 hesablı heç-heçə ilə başa çatan paytaxt derbisin taleyini ikinci
hissədə vurulmuş avtoqol həll etdi: AZAL 1–2 “Bakı”.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Qələbə qazandığımız üçün şadam. Hesab
bundan da böyük ola bilərdi. Komanda ikinci hissədə bütün gücünü ortaya qoydu.
Heyətdə üç gənc oyunçu var idi. Klubun prezidenti Hafiz Məmmədovun da qeyd
etdiyi kimi, biz komandanı bünövrədən qurmağa başlamışıq. Komandamız gələcəkdə
daha da yaxşı olacaq”.
Tərlan
Əhmədov, AZAL klubunun baş məşqçisi: “İlk hissənin 20-ci dəqiqəsinə kimi qol
imkanlarımız oldu. Amma bundan sonra komanda zəif təsir bağışladı. AZAL-ın
sükanı arxasında ilk oyunumdur. Qarşımızda duran məqsəd yerli gənc futbolçuları
komandaya cəlb etmək və komandanın oyununu yaxşılaşdırmaqdır”.
|