 Topaz Premyer Liqasının 27-ci turunda Lənkərana səfər edən “Simurq”
yerli “Xəzər Lənkəran”la oyunda 3-1 hesabı ilə qələbə qazandı.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Komandaya qələbə
görə təşəkkür edirəm. Futbolçular
sona qədər mübarizə apardılar. Rəqib komandanın da oyunçuları bizimlə başabaş
mübarizə apardı. Qol imkanlardan səmərəli istifadə etdik. Zaqataladan Lənkərana
qədər gəlib bizi dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm”.
Mustafa Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Oyunumuz istənilən səviyyədə
alınmadı. Bəsit qollar buraxdıq, məğlub olduq. Çempionatda elə də ciddi
iddiamız yoxdur. Əsas diqqətimizi kubok oyunlarına yönəltmişik. Lakin Premyer
Liqada da baxımlı oyun göstərməliyik. Bunun üçün çempionatda bütün rəqiblərimizə
müqavimət göstərməliyik”.
|