 Topaz Premyer Liqasının 27-ci turunda “Qarabağ” “Sumqayıt”ı qəbul
edirdi. İlk hissəsi qolsuz başa çatan qarşılaşmanın taleyini Reynaldo (2) və
Riçard Almeydanın ikinci hissədə vurduğu qollar həll etdi – 3:0
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu. “Qarabağ”ı
qələbə ilə təbrik edirəm. Layiqli qələbə qazandılar”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bizim üçün vacib
oyun idi. Ağır qrafiklə oynayırıq. Futbolçularda yorğunluq hiss olunurdu. Oyun
intizamımızı sona kimi pozmadıq və qələbə qazandıq. “Sumqayıt”ın öz oyun üslubu
var, sürətli əks-hücumlar qururlar, topla yaxşı davranırlar. İlk hissədə bir
neçə qol imkanları oldu. Son vaxtlar bütün komandalar üçün təhlükəli rəqibdirlər.
Buna baxmayaraq, bu hücumların qarşısını aldıq və ikinci hissənin ortaların rəqib
yoruldu. Yaranmış boşluqlardan istifadə etdik və 3 qol vurduq. “Sumqayıt”a
qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.
|