 Topaz Premyer Liqasında 3-cü dövrəyə yekun vurulub. 2014-cü ildə baş tutan 9 turun nəticələrinə əsasən “Qarabağ” hamıdan güclü olub. Ağdam təmsilçisi mümkün 27 xaldan 22-ni qazanıb. İlk “üçlük”də olan “Bakı” və “İnter” də dövrənin qalibi kimi cəmi 1 dəfə məğlub olub. Dövrəni qələbəsiz bitirən yeganə komanda isə AZAL olub. 3-cü dövrədə “Qarabağ” hamıdan çox - 19 qol vurub və ən az - 3 top buraxıb. Ümumilikdə isə “Sumqayıt” ən az top vuran komanda olub – 5 qol. AZAL isə dövrə ərzində 17 qol buraxıb. Qeyd edək ki, əvvəlki 2 dövrənin qalibləri daha az xal toplamışdı. “Qarabağ” ilk 9 turu hamıdan çox – 18 xalla tamamlamışdısa, “Qəbələ” 2-ci dövrənin qalibi olmaq üçün 19 xal əldə etmişdi. Bu isə o deməkdir ki, 3-cü dövrənin qalibi 9 tur üçün rekord sayda xal toplayıb. 1 | Qarabağ (Ağdam) | 7 | 1 | 1 | 19 - 3 | 22 | 2 | Bakı | 5 | 3 | 1 | 14 - 8 | 18 | 3 | İnter (Bakı) | 5 | 3 | 1 | 14 - 10 | 18 | 4 | Simurq (Zaqatala) | 4 | 2 | 3 | 11 - 6 | 14 | 5 | Neftçi (Bakı) | 4 | 2 | 3 | 13 - 14 | 14 | 6 | Xəzər Lənkəran | 3 | 3 | 3 | 12 - 14 | 12 | 7 | Qəbələ | 2 | 3 | 4 | 10 - 12 | 9 | 8 | Rəvan (Bakı) | 2 | 2 | 5 | 6 - 14 | 8 | 9 | Sumqayıt | 1 | 3 | 5 | 5 - 15 | 6 | 10 | AZAL (Bakı) | 0 | 2 | 7 | 9 - 17 | 2 |
AZAL-dan 300-cü qol Topaz Premyer Liqasının 27-ci turunda Tərlan Əhmədovun rəhbərliyi altında ilk oyununa çıxan Bakı təmsilçisi Premyer Liqada yubiley – 300-cü qolunu vurub. “Bakı” ilə ev oyununda 1:2 hesabı ilə uduzan AZAL-ın yubiley qolunun müəllifi Con Oluremi vurub. 257-ci oyununda 300-cü qolunu vuran AZAL bu görüşlərdə qapısından 241 top buraxıb. 1-ci qol | 27.08.2005 | Olimpik (Bakı) - Qarabağ (Ağdam) | 1:2 | Vidadi Rzayev, 45+1 | 100-cü qol | 11.05.2009 | MOİK (Bakı) - Olimpik (Bakı) | 1:6 | Nəriman Əzimov, 41 | 200-cü qol | 21.02.2012 | AZAL (Bakı) - Turan (Tovuz) | 3:2 | Zohair Benouahi, 1 | 300-cü qol | 23.03.2014 | AZAL (Bakı) – Bakı | 1:2 | Con Oluremi, 39 |
“Qarabağ”: 3 qolla 2 rekord Ağdamın “Qarabağ” klubu mövsümdə 8-ci dəfə böyükhesablı qələbə qazanıb. Topaz Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri 1992, 1993 və 2003/04 mövsümlərindəki rekordunu təkrarlayıb. Belə ki, Ağdam təmsilçisi tarixində ən yaxşı halda mövsümdə 8 böyükhesablı qələbə qazanmışdı. 10 ildən sonra “Qarabağ” həmin rekordunu təkrarladı. Burada Azərbaycan rekordu isə “Neftçi”yə məxsusdur. Bakılılar 1992-ci ildə 14 belə qələbə qazanıb. 2-ci turda “Sumqayıt”ı 5:1, 9-11-ci turlarda “Bakı”, “Sumqayıt” və “Xəzər Lənkəran”ı eyni - 3:0 hesabı ilə məğlub edən ağdamlılar bu dəfə ardıcıl 4 oyunda darmadağınla qalib gəlib. “Neftçi”ni 4:1, “Bakı”nı 4:0, “İnter”lə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl böyükhesablı qələbələr üzrə öz rekordunu təkrarlayıb. 2003/04 mövsümündə Şahin Diniyevin baş məşqçisi olduğu komanda ardıcıl 4 oyunda böyükhesablı nəticə ilə 3 xal qazanmışdı. Həmin vaxt startdakı 4 oyunda “Şahdağ-Samur” (17.05.2003) 5:0, “Bakılı” (25.05.2003) 4:0, MOİK (31.05.2003) 3:0, “Xəzər” (Sumqayıt, 04.06.2003) 5:2 hesabı ilə məğlub edilmişdi. Ardıcıl böyükhesablı qələbələrdə də Azərbaycan rekordu “Neftçi”yə məxsusdur. Paytaxt təmsilçisi 1996/97 mövsümündə ardıcıl 5 oyunda rəqiblərini 3 və ya daha çox top fərqi ilə məğlub edib.
|